Türkiyə millisinin baş məşqçisi Fatih Terim Qaret Beylə bənzədilən “Vest Hem”in 17 yaşlı gənc ulduzu Oskar Borqu komandasına gətirmək üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, nənəsi türk olan Borqun İngiltərə millisində də oynamaq şansı var.
Sarrey qraflığında anadan olan Oskar uğrunda mübarizə daha da gərginləşəcək. Sol cinahda məhz Beylin rolunu ifa edən Berq ötən il “Mançester Yunayted”də sınaqdan keçib. Mini turnirdə bir neçə oyunda meydana çıxan yeniyetmə sərgilədiyi futbolla alqış qazanmışdı. Amma MY “Vest Hem”in təzminat kimi istədiyi 300 min avronu ödəmək istəmədiyi üçün futbolçu Londonda qalmışdı.
İstedadlı vinqer “Aston Villa”, “Çelsi” və “Fulhem” klublarının təkliflərini geri çevirib. Onun “Vest Hem”lə 2016-cı ilə qədər sözləşməsi var.