14 Sentyabr 00:54
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Etika Komissiyasının Apellyasiya Palatası qurumun Rusiya Şahmat Federasiyasının (RFC) üzvlüyündən məhrum edilməsi barədə qərarını ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, qərara əsasən Rusiya tərəfinin müraciəti təmin edilib. Üzvlükdən məhrumetmə qərarı 45 min avro cərimə ilə əvəz edilib.

Qeyd edək ki, Rusiya Şahmat Federasiyası iyunun 7-də FİDE-yə üzvlükdən məhrum edilib. Qərara görə, qadağa iki il davam etməli idi. Qadağaya səbəb Rusiya Şahmat Federasiyasına sanksiyalar siyahısına daxil edilən şəxslərin daxil olması olub.


Müəllif: Arzu

Oxşar xəbərlər