Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, o bunu sosial şəbəkə hesabında açıqlayıb.
"Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!", - o, bildirib.