7 İyul 01:41
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

AVRO- 2024-ün yarımfinal cütləri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, iyulun 9-da İspaniya Fransa ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 23.00-da başlayacaq.

İyulun 10-da Niderland İngiltərə ilə qarşılaşacaq. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23.00-da səslənəcək.

Final qarşılaşması iyulun 14-də baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatında üçüncü yer uğrunda görüş yoxdur.

Hazırkı Avropa çempionu İsveçrəyə məğlub olaraq 1/8 final mərhələsini başa vuran İtaliya komandasıdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər