16 İyul 10:21
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lionel Messi Argentina millisinin Amerika Kubokunun qalibi olması münasibətilə komanda yoldaşlarına hədiyyələr verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçulara Argentina millisinin formasının və bayrağının rənglərinə uyğun hazırlanmış qulaqlıqlar hədiyyə edib.

Qeyd edək ki, ABŞ-də təşkil olunan Amerika Kubokunun finalında Argentina yığması Kolumbiyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. L.Messi hazırda formasını geyindiyi ABŞ-nin “İnter Mayami” klubunda da futbolçulara qulaqlıqlar hədiyyə etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər