7 Oktyabr 21:44
4 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq etməyə məcburdur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“ABŞ-ın 60 konqresmeninin dövlət katibi Entoni Blinkenə Azərbaycana sanksiya və siyasi təzyiqin artırılması ilə bağlı çağırışı ikitərəfli əlaqələrə zərbə vurur. Bu, ABŞ-ın balansı Ermənistanın xeyrinə pozması anlamına gəlir. Amerika ermənipərəst konqresmenlərin müraciətinə mənfi cavab verməlidir. Əgər ABŞ-ın dövlət siyasəti bu bədnam çağırış üzərində qurulsa, Vaşinqtonun region siyasətinə ağır zərbə vuracaq”, - ekspert bildirib.

Əsədullazadənin fikrincə, ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti Azərbaycanla sıx əməkdaşlığı ehtiva edir:

“Belə olan halda Azərbaycana qarşı sanksiya çağırışı və tətbiqi absurddur. Hesab edirəm ki, regional maraqlarını nəzərə alan Vaşinqton seçkilərdən sonra Azərbaycan siyasətində dəyişikliyə getməyə məcbur olacaq.

Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir, Bakı ilə əlaqələr bu baxımdan Vaşinqton üçün önəmli olmalıdır. Azərbaycan resursları və imkanları baxımından nə Gürcüstan, nə Ermənistanla müqayisə edilə bilər. Azərbaycanın itirilməsi ABŞ-ın regional maraqlar zəncirində qopmalara səbəb olacaq, Ağ Evdə bunu bilməmiş deyillər. Odur ki, gec olmadan ABŞ-ın ciddi səhvə yol verməyəcəyi qənaətindəyəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər