15 Oktyabr 19:45
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə U-21 yığması AVRO-2025-in seçmə mərhələsinin F qrupunda Azərbaycanla keçiriləcək oyununa ciddi itki ilə çıxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Millimizə qarşı oyunda "İpsviç Taun"un hücumçusu Liam Delap oynamayacaq. O, diskvalifikasiyaya olunduğu üçün oyunu buraxmalı olacaq. Futbolçunun əvəzinə “Tottenhem”dən Deyn Skarlett və “Birmingem”dən Cey Stansfildi komandaya çağırıla bilərlər.

Qeyd edək ki, İngiltərə - Azərbaycan oyunu Bristol şəhərinin "Eşton Qeyt” stadionunda keçiriləcək. Görüş bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər