1 Dekabr 21:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" ilə oyunda vacib qələbə qazandıq.

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ilk hissədə komandasından razı qalmadığını bildirib: "Stadionda yaxşı atmosfer var idi. Hər iki klubun azarkeşlərinə təşəkkür edirəm. Samir Abasova və "Neftçi"yə uğurlar arzulayıram".

Qurbanov braziliyalı yarımmüdafiəçi Julio Romaonu zədələndiyi üçün əvəzlədiklərini söyləyib. O, Nəriman Axundzadə və Musa Qurbanlı barədə da danışıb: "İkisi də bu gün pis çıxış etmədilər. Daha yaxşı oynamaları üçün oyun sayları çoxalmalıdır".

Baş məşqçi bu görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb: "Hazır olan futbolçulara hər zaman şans veririk. Bəzilərində yüklənmələr çox olduğundan bu gün meydana buraxmadıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər