09:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Teleqraf.com xəbər verir ki, komanda B Liqasının V qrupunda Kiprlə üz-üzə gələcək.

Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçiriləcək matç saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər