09:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, turun ikinci günündə “Turan Tovuz” “Səbail”i qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

“Turan Tovuz”” 20 turdan sonra 35 xalla 5-ci, “Səbail” isə 15 xalla turnir cədvəlinin sonuncusudur.

Günün ikinci matçında "Sumqayıt" doğma divarlar arasında "Araz-Naxçıvan"la qarşılaşacaq. Sumqayıt təmsilçisi 21 xalla 7-ci sırada qərarlaşıb. "Qırmızı-ağlar" isə 42 xalla 2-ci pillədə yer alıb.

Qeyd edək ki, dünən start götürən XXI turun ilk günündə “Kəpəz” evdə “Sabah”ı-3:2, “Neftçi” isə “Şamaxı”nı-1:0 məğlub edib. Turun digər oyunları fevralın 2-si keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXI tur

1 fevral

16:00. "Turan Tovuz" - "Səbail"

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rıhman İmami, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Tovuz şəhər stadionu.

18::30. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şıx


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər