Rusiya Qarışıq Döyüş Çempionatının (UFC) məğlubedilməz döyüşçüsü Khamzat Çimaev Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlığını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb.
“Bu gözəl ölkəni bir idmançı və bir vətəndaş kimi təmsil etmək mənim üçün şərəf və imtiyazdır. BƏƏ-yə təşəkkür etmək istərdim . Ölkənin mənimlə fəxr etməsi üçün əlimdən gələni edəcəyəm" - Çimaev deyib.