Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Teleqraf.com xəbər verir ki, açılış oyununda “Kəpəz” “Sabah”ı qəbul edib. Baş hakim Fərid Hacıyevın idarə etdiyi oyunda ilk qolu qonaqlar vurub. Pavol Şafranko 6-cı dəqiqədə penaltidən fərqlənib. Masazır təmsilçisinin sevinci cəmi 5 dəqiqə çəkib, qapıçı Yusif İmanovun səhvini Mahammadu Ba bağışlamayıb. Birinci hissəyə əlavə edilmiş 4-cü dəqiqədə Cessi Sekidika “Sabah”ı yenidən hesabda önə keçirib.
İkinci hissədə meydana daxil olan Əli Səmədov 54-cü dəqiqədə “Kəpəz”in ikinci qolunun müəllifi olub.
Gəncə təmsilçisi 64-cü dəqiqədə Rauf Hüseynovun 11 metrlik cərimə zəribəsindən vurduğu qolla qələbə qazanıb - 3:2.
"Sabah" turnir cədvəlində 28 xalla 5-ci, “Kəpəz” 17 xalla 9-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXI tur
31 yanvar
“Kəpəz” – “Sabah” - 3:2
Qollar: Pavol Şavranko, 6 (pen.) (0:1), Mahamaddu Ba, 11 (1:1), Cessi Sekidika, 45+4 (1:2), Əli Səmədov, 54 (2:2), Rauf Hüseynli, 64 (pen) (3:2)
Qırmızı vərəqə: İqor Noqeyra, 62 ("Sabah")
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Namik Hüseynov
Tovuz şəhər stadionu.