“PSJ”nin Di Mariya israrı davam edir.
Teleqraf.com “Daily Mirror”a istinadən xəbər verir ki, parislilər “Mançester Yunayted”ə argentinalı futbolçuya görə 59,7 milyon funt sterlinq ödəməyə hazırdı.
Di Mariya özü də ingilis klubundan ayrılmaq istəyir.
Cari mövsümdə Premyer Liqada 21 matçda meydana çıxan yarımmüdafiəçinin aktivində 3 qol, 9 məhsuldar ötürmə var.
Rüstəm