17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində Azərbaycan 1 hakimlə təmsil olunacaq.
Teleqraf.com-un AFFA-ya istinadən məlumat verir ki, FIFA referi köməkçisi Namiq Hüseynov mayın 6-dan 22-dək U-17-lər arasında Bolqarıstanda təşkil olunacaq qitə birinciliyinə təyinat alıb.