21 Aprel 2015 16:02
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Oynanılacaq 2 qarşılaşmadan sonra ilk iki yarımfinalçı müəyyənləşəcək.

Teleqraf.com xəbər verir ki, "Barselona" doğma meydanda PSJ-ni qəbul edəcək. Səfərdə 3:1 hesabı ilə qalib gələrək cütün taleyinə aydınlıq gətirən Kataloniya klubunun evdə bu üstünlüyü əldən verəcəyi elə də inandırıcı görünmür. Fransızlar ancaq möcüzəyə ümid edə bilər.

Digər oyunda "Bavariya" evdə "Porto"nu qəbul edəcək. Portuqaliyada gözlənilmədən rəqibinə uduzan Münhen klubu öz meydanında həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Digər iki yarımfinalçı sabah keçiriləcək iki oyundan sonra müəyyənləşəcək.

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

21 aprel

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)

Baş hakim: Sveyn Oddvar Moen (Norveç)

Barselona. “Nou Kamp” stadionu

İlk oyun: 3:1

23:45. “Bavariya” (Almaniya) – “Porto” (Portuqaliya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Münhen. “Alyans Arena”

İlk oyun: 1:3

Rüstəm


Müəllif: