26 Aprel 2015 00:55
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Arsenal" matçı öncəsi qalmaqallı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, portuqaliyalı mütəxəssis qarşılaşmadan bir gün öncə təşkil edilən mətbuat konfransında həmkarı Arsen Vengeri rəqib saymadığını söyləyib. Mourinyo rəqiblərinin Venger deyil, "Arsenal" olduğunu diqqətə çatdırıb: "Mənim üçün əhəmiyyətli matçdır. Venger mənim rəqibim deyil. Mənim də çalışdığım şəhərdə böyük bir kluba rəhbərlik edən məşqçidir. "Arsenal" bizimlə eyni hədəfləri daşıyan klubdur", - deyə Mourinyo deyib.

Qeyd edək ki, Premyer Liqanın ilk yarısında baş tutan matçda Mourinyo və Venger arasında gərginlik yaşanmışdı. Qarşılaşmanın 20-ci dəqiqəsində "Çelsi"li Kehıl sərt müdaxiləyə görə Sançezə reaksiya göstərmişdi. Bu epizoda görə iki komandanın məşqçiləri mübahisə etmiş, daha sonra Venger həmkarını əli ilə itələmişdi.


Müəllif:

Oxşar xəbərlər