May ayının 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-cı ildönümünə həsr olunmuş vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, aprel ayının 18-də start verilmiş yarışlar olimpiya sistemi üzrə keçirilib. Vergilər Nazirliyi Aparatının rəhbəri Zeynalabdin Məmmədzadə yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirib, qaliblərə diplomlar təqdim edib.
Turnirin qalibi Vergilər Nazirliyinin Vergi siyasəti və strateji Araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov olub.muşdur. Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Məzahir Şamilov 2-ci, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov isə 3-cü yeri tutub.
Naibə QURBANOVA