"Mançester Yunayted"in hücumçusu Robin van Persi komandada bir daha penalti zərbəsini yerinə yetirməyəcək.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qal açıqlama verib.
Hollandiyalı mütəxəssis "Vest Bromviç"lə Premyer Liqa oyununda (0:1) 11 metrlik cərimə zərbəsindən yararlana bilməyən van Persinin bir daha penalti nöqtəsinə yaxınlaşmayacağını bildirib.
Qeyd edək ki, "Mançester Yunayted"də daha öncə 11 metrlik cərimə zərbələrini Ueyn Runi yerinə yetirirdi. Lakin o da "Liverpul"la səfər görüşünün (2:1) son dəqiqələrində penalti zərbəsini qol çevirə bilməmişdi.