5 May 2015 18:29
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları "Bavariya" ilə oyun haqda danışıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran argentinalı futbolçu cütün favoritinin olmadığını bildirib:

"Bütün diqqətimizi bu oyuna yönəltmişik. Matçın məsuliyyətini dərk edirik. Mövsümün ən önəmli dövründəyik. 3 kuboku qazanmağa yaxınıq. Oyunun favoriti deyilik. Ümumiyyətlə, Çempionlar Liqasının yarımfinalında favorit olmur. İki güclü komanda qarşılaşacaq. Hər iki komanda finala çıxmaq üçün mübarizə aparacaq. Qvardiolaya gəlincə o, bizi, biz də onu yaxşı tanıyırıq. Lakin bunun hər hansı bir tərəfə üstünlük verəcəyini düşünmürəm. "Barselona"nın oyunçusuyam və mümkün qədər çox kubok qazanmaq istəyirəm".

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Müəllif: