6 May 2015 16:06
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"ni 3-cü dəfə Premier Liqa çempionu edən Mourinyoya klubun sahibi və prezidenti Roman Abramoviçdən müdhiş təklif gəlib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 2017-ci ildə müqaviləsi bitəcək Joze Mourinyoya daha 2 il klubu çalışdırması təklif olunub. Ona illik 16 milyon avro məvacib təklif edilib. Mourinyoyun artıq təkliflə razılaşdığı deyilir.

"Çelsi" yeni mövsumdən transfer hədəfində "Atletiko Madrid"dən Antuan Qrizmann, "Lion"dan Aleksandr Lakazette, "Real Madrid"dən "Rafael Varane" və "Getafe"dən isə qapıçı Vicente Guaita var.

İlkin ehtimallara görə, yayda çexiyalı qapıçı Petr Çex, braziliyalı yarımmüdafiəçi Oskar və müdafiəçı Filipe Luis komandanı tərk edəcək.

Rüstəm


Müəllif: