17 May 2015 22:22
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

www.goal.com saytının fransız dili versiyasında futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki ilə müsahibə yerləşdirilib.


Məqalədə 46 yaşlı xorvatiyalı mütəxəssisin rəhbərlik etdiyi yığmanı qələbəyə doğru aparmasına böyük inam bəslədiyi diqqətə çatdırılıb. Məşqçi bildirib ki, futbolçu kimi böyük uğurlar qazanıb. Məşqçi kimi də uğur qazanmaq üçün əlindən gələni əsirgəməyəcək.

Müsahibəsində Azərbaycanda futbolun inkişafı üçün geniş imkanların olduğunu vurğulayan mütəxəssis deyib ki, futbolçuların potensialı daha yaxşı oyun göstərməyə və meydanı qələbə ilə tərk etməyə imkan verir. Azərbaycan futbol ölkəsi olmaq əzmindədir və bu istəyinə çatacaq.

Komandasının bu il martın 28-də Malta yığması üzərində 2:0 hesabı ilə qələbə qazandığını, keçən ilin oktyabrında isə İtaliya millisi ilə Palermoda keçirdiyi qarşılaşmada 1:2 hesabı ilə məğlub olduğunu xatırladan R.Prosineçki futbolçularda yüksək əhval-ruhiyyə yaratmağa çalışdığını, eləcə də istedadlı və perspektivli gənclərin əsas kollektivə cəlb edildiyini diqqətə çatdırıb.

Birinci Avropa Oyunlarının keçiriləcəyi ölkəmizdə 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunun keçiriləcəyini vurğulayan baş məşqçi bunun əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycanın birinci Avropa Oyunlarına ciddi hazırlaşdığını bildirən R.Prosineçki Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu sahədə infrastrukturun yaxşılaşdığını söyləyib, Bakının gözəl şəhər olduğunu qeyd edib.


Müəllif: