31 İyul 2015 08:41
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Fiorentina”nın futbol klubunun sabiq futbolçusu Mario Qomeşin Türkiyənin “Beşiktaş” klubuna keçidi rəsmiləşib.

Teleqraf.com “Beşiktaş” klubunun rəsmi saytına istinadla xəbər verir ki, almaniyalı futbolçu 2015-2016-cı il mövsümündə icarə əsasında İstanbul komandasının formasını geyinəcək. M.Qomesin “Beşiktaş”dakı bir mövsüm ərzində maaşı 3,5 milyon avro təşkil edəcək.

Hücumçu karyerası ərzində, həmçinin Almaniyanın “Bavariya” və “Ştutqart” kollektivlərinin şərəfini qoruyub. Almaniya milli komandasında isə 60 oyunda meydana çıxıb və 25 qol vurub.


Müəllif: