"Real"ın müdafiəçisi Serxio Ramosun komandadakı taleyinə aydınlıq gəlib.
Qol.Az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu Madrid təmsilçisi ilə müqaviləsinin müddətini uzadıb.
Yeni müqaviləyə əsasən 2020-ci ilə qədər "kral klubu"nun şərəfini qoruyacaq Ramosun mövcud sözləşməsi 2017-ci ildə başa çatacaqdı. Ötən mövsümün sonunda maaşının artırılmamasından narazı qalan 29 yaşlı futbolçunun "Mançester Yunayted"ə keçəcəyi iddia olunurdu. Lakin klubun prezidenti Florentina Perez Ramosla görüşərək, onu komandada qalmağa razı sala bilib.
Qeyd edək ki, 2005-ci ildə "Sevilya"dan "Real"a transfer olunan Ramos Madrid klubunun heyətində keçirdiyi 314 oyunda 40 qola imza atıb.