28 Avqust 2015 13:14
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroliqanın pley-off mərhələsinin görüşləri baş tutub. Qitənin ikinci dərəcəli klub turnirində "Qarabağ" "Yanq Boyz"u (İsveçrə) 3:0 hesabı ilə məğlub edib. Digər təmsilçimiz "Qəbələ" isə "Panatinaikos"la (Yunanıstan) 2:2 bərabərə qalıb. Belələliklə “Qəbələ” qrup mərhələsinə vəsiqə əldə edib.


Publika.az xəbər verir ki, bu nəticələr UEFA klub reytinqində də öz təsirini göstərib. Belə ki, hər iki komanda ümumilikdə əmsalımız 0.375 xal əlavə edib. İndi ölkəmizin aktivində 13.625 xalı var. Azərbaycan hazırda 27-ci yerdə olan Qazaxıstan və onlarla eyni xala malik olan serblərdən 0.500 xal irəlidədir. Cədvəldə 25-ci yerdə gedən Norveçin isə aktivində 16.250 xal var.

Qeyd edək ki, cari mövsümdə avrokuboklarda ölkəmizin klub reytinqinə “Qəbələ” 1.125, “Qarabağ” 1.000, “İnter” 0.750, “Neftçi” isə 0.250 xal artırıb.


Müəllif:

Oxşar xəbərlər