21 Sentyabr 2015 21:30
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib.

Teleqraf.com PFL-in saytına istinadən məlumat verir ki, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan Peşəkar Futbol Liqası “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.

Premyer Liqanın VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib. VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 3 oktyabr 2015-ci il tarixindən 4 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.


Müəllif:

Oxşar xəbərlər