Səudiyyə Ərəbistanın "Al-Nasr" klubunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.
Qol.Az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, 42 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.
Qeyd edək ki, F.Kannavaro ötən ilin oktyabrından Səudiyyə Ərəbistan klubunu çalışdırırdı.