Bu ilk startdır və demək olar ki, tapşırığı minimum yerinə yetirdik.
Bunu Trend-ə Azərbaycan gimnastı Oleq Stepko deyib.
Yarışlarda üç medal qazanmış idmançı bildirib: "Qarşıda Olimpiadaya qədər hələ çox startlar var. Biz səflərimizi bilirik, onların düzəldilməsi və başqa dünya kuboku yarışlarında nəticələrimizi yaxşılaşdırmaq üzərində işləyəcəyik".
O.Stepko yarışlardakı nəticələrindən razı qaldığını bildirb: "Bir şey deyə bilərəm ki, nəyin üzərində işləyirsənsə, nəyə doğru can atırsansa ona da nail olursan. Bu gün nəticələrimdən mənunam, eyni zamanda bilirəm hansı səhflərimi düzəltməliyəm. Düşünürəm yarışa 70 faiz hazır idim, ilk növbədə hazırlaşdığım tapşırıqlara düşmədim. Bəli, halqalarda və turnikdə finala düşdüm, halbuki, sərbəst hərəkətlərdə və gimnastika atında finala düşməli idim. Bir aydan sonra Qatarda yarışlar başlayır, bütün səhflərimizi düzəltməyə çalışacağıq".
Qeyd edək ki, O.Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl, dayaqla tullanmada gümüş və halqalarda hərəkətlərdə bürünc medal qazanıb.