25 Fevral 2016 00:32
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlk 1/8 finalçı “Braqa” - “Syon” cütlüyünün mübarizəsindən sonra bəlli olub. İsveçrədəki matçda 2:1 hesabı ilə qalib gələn "Braqa" öz meydanında dramatik ssenaridə keçən oyunda bərabərliyə nail olaraq növbəti mərhələyə yüksəlib.

İsveçrəlilər qarşılaşmada iki dəfə önə keçsə də üstünlüklərini qoruya bilməyiblər.

Avropa Liqası

1/16 final, cavab görüşü

24 fevral


“Braqa” (Portuqaliya) - “Syon” (İsveçrə) - 2:2
Qollar: Josue, 27 (pen.), Stoyilkoviç, 48 - Gekas, 16, 29
İlk oyun: 2:1


Müəllif: