Mərakeşin Kasablanka şəhərində cüdo üzrə Afrika açıq çempionatına yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız mötəbər turnirdə 3 medal qazanıblar.
+ 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri ilk qarşılaşmasında Mərakeş təmsilçisi Mustafa Abdellaouiniye qalib gelerek yarımfinala adlayıb. Yarımfinalda rusiyalı cüdoçu Stepan Sarkisyani meglub eden təmsilçimiz finala yüksəlib. Həlledici qarşılaşmada Fransa cüdoçusu Sedrik Medeufu üzerinde qelebe qazanan Kokauri qızıl medala sahib olub.
90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədeli Mehdiyev yarımfinala gedən yolda italiyalı Covanni Karollo və polşalı Patrik Çexomski üzərində qələbə qazanıb. Yarımfinalda Slovakiya təmsilçisi Milan Randla qalib gəlib. Lakin finalda Əlcəzair cüdoçusu Abderrəhman Benamadiyə uduzaraq gümüş medal qazanıb.
90 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Ramin Qurbanov ardıcıl olaraq polşalı Piotr Kuçzeranı və ispaniyalı Pedro Qonzales məğlub edib. Yarımfinalda Əlcəzair cüdoçusu Abderrəhman Benamadiyə uduzsa da, bürünc medal uğrunda görüşdə polşalı rəqibi Patrik Çexomskiyə qalib gəlib.
81 kq çəki dərəcəsində mübarizə aparan Elvin Əhmədli turnirdə 7-ci olub.
Digər cüdoçularımız Rüstəm Alimli, Ziya Namazov (hər ikisi 81 kq) və Cəlili Şükürov (100 kq) mübarizəni erkən dayandırıblar.
Bununla da, Azərbaycan milli komandası Mərakeşin Kasablanka şəhərində keçirilmiş cüdo üzrə Afrika açıq çempionatında çıxışına 3 medal (1 qızıl, 1 gümüş və 1 bürünc) qazanaraq yekun vurub.