"Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo şəxsi "instaqram" hesabında təqdirəlayiq paylaşım edib.
31 yaşlı forvard suriyalı uşaqlara yardım kampaniyasına dəstək verib. O, şəxsi "instaqram" səhifəsində öz oğluyla birgə fotosunu paylaşaraq, bu sözləri yazıb:
"Futbol oynamağı Krişatiano Junior qədər sevən 5 yaşlı Ayman kimi suriyalı uşaqları xilas edin".
Ronaldo oğluyla birgə olan şəkildə əlində məhz suriyalı Aymanın fotosunu tutub.