Növbəti mövsümdən İtaliya A seriyasında oynamaq hüququ qazanan ikinci klub müəyyənləşib.
"Kalyari" B seriyasının 40-cı turunda "Bari"yə 3:0 hesabı ilə qalib gələrək turniri ikinci pillədə başa vurmağı rəsmiləşdirib. Bununla da komanda yüksək liqaya vəsiqəni təmin edib.
Qeyd edək ki, bundan əvvəl "Kroton"un A seriyasında oynayacağı müəyyənləşib.//Qol.az