6 Avqust 2016 01:13
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə yeni Asan imza sertifikatları təklif edir.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasına bildirilir.

Məlumatda deyilir ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə 2013-cü ilin iyun ayından etibarən Asan imza sertifikatlarının verilməsinə başlanılıb. Bu sertifikatların qüvvədə olma müddəti 3 il olduğundan 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlıq müddəti 2016-cı ilin avqust və növbəti aylarında bitəcək. "Asan İmza" sertifikatının yenisini almaq istəyənlər qüvvədə olan ASAN imza vasitəsi ilə www.asxm.gov.az/portal/login portalına daxil olub müvafiq ərizəni, müqaviləni və etibarnamələri imzaladıqdan sonra ASAN imza sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə yaxınlaşa bilərlər.

Vətəndaşların ASAN İmza ilə əlaqədar əlavə suallar yaranarsa Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet saytının “Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html) və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərlər.


Müəllif: