CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 57,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,58 dollar/barel çoxdur.
Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 57,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 19-da 53,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 19-da 56,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.