Azərbaycanda 2014-cü ilin avqust ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşıb.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, balıq məhsullarının, günəbaxan yağının, almanın, armudun, gavalının, şaftalının, üzümün, bibərin, badımcanın, balqabağın, soğanın qiymətlərində ucuzlaşma, düyünün, unun, qoyun ətinin, südün, kərə yağının, limonun, bananın, fındığın, qozun, şabalıdın, kələmin, göyərtinin, xiyarın, göy lobyanın, kökün, çuğundurun, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.