Ukraynada Donetsk və Luqansk ərazilərinin bir hissəsini nəzarət altında saxlayan separatçılar kömür mədənlərinin böyük hissəsini ələ keçirməyə müvəffəq olublar. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, hazırda Donbasın separatçıların nəzarətində olan hissəsində 83 kömür mədəni mövcuddur. Bu da ölkədə şaxtaların ümumi sayının 55 faizini təşkil edir.
Bu faktı Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyi də təsdiqləyib. Nazirliyin məlumatına görə, dövlətin sərəncamında olan 90 şaxtadan cəmi 37-si Ukrayna hakimiyyəti tərəfindən nəzarət edilən ərazidədir. Separatçılarla hərbi toqquşmalar başlayan gündən indiyədək Ukraynada kömür hasilatının həcmi 47 faiz azalıb.
Hazırda Ukraynada hasilatın davam etdiyi cəmi 23 kömür şaxtası qalır. Bu şaxtalardan 6-da elektrik təchizatı demək olar ki, tam kəsilib. 17 şaxta isə qismən elektrik enerjisi ilə təmin olunur.
Ukraynada oktyabrın başlanğıcına tamamilə cərəyanı kəsilmiş 6 şaxta qalırlar, 17 şaxta etibarlılığın kateqoriyası tələblərinin pozulmasıyla qismən elektrik qüvvəsi təchizatına malikdirlər.
Həmçinin bildirilir ki, 2014-cü ilin 9 ayı ərzində Ukraynada kömür çıxartma 53,4 milyon ton təşkil edib. Bu ötənilin analoji dövrü ilə müqayisədə 15% azdır.
Nail Cəlil