28 Dekabr 2020 16:50
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR tərəfindən inşa edilən Türkiyədəki “STAR Rafineri” neft emalı zavodu 2021-ci ildə neft emal həcmini 6 faiz artıraraq 11 milyon tona çatdıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov deyib.

O bildirib ki, "STAR” neftayırma zavodu 2020-ci ilin sonunadək 76 milyon barel xam neft emal etməyi planlaşdırır: “2021-ci il üçün neft emalı həcminin 11 milyon ton və ya 106 faiz (2020-ci ilə nisbətən) olacağı təxmin edilir”.

“STAR Rafineri” bu il 10,4 milyon ton neft emal edərək 20-dən çox müxtəlif növ xam neft təmizləyib. Anar Məmmədov qeyd edib ki, neftayırma zavodu təyyarə yanacağı istehsalını azaldıb, dizel yanacağı istehsalını isə artırıb.

Qeyd edək ki, 6 milyard dollarlıq sərmayə qoyulduğu “STAR Rafineri” 2018-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə tam neft emalı gücünə çatıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər