ABŞ-da neft sənayesinin perspektivi və qısamüddətli xam neft hasilatının göstəricisi hesab olunan neft qazma qurğularının sayı artıb.
Teleqraf.com neft sənayesi xidmətləri şirkəti “Baker Hughes” tərəfindən açıqlanan həftəlik məlumatlara istinadən xəbər verir ki, aprelin son həftəsində ABŞ-dakı neft platformalarının sayı əvvəlki həftəyə nisbətən 7 ədəd artaraq 344-ə çatıb.
Məlumata görə, ölkədə son 1 ildə neft qazma qurğularının sayı 94 ədəd azalıb.