2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, neft-qaz məhsulları üzrə ixracın 38,6 faizini İtaliyaya, 13,2 faizini Türkiyəyə, 4,2 faizini Rusiyaya, 3,8 faizini İspaniyaya, 3,7 faizini Xorvatiyaya, hər biri 3,5 faiz olmaqla İsrail və Gürcüstana, 3,4 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,3 faizini Birləşmiş Krallığa, 2,2 faizini Ukraynaya, hər biri 1,6 faiz olmaqla Belarus və Almaniyaya, hər biri 1,5 faiz olmaqla İsveçrə və Kanadaya, 1,1 faizini Yunanıstana, 9,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (25,2 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,7 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (2,0 faiz), Braziliyaya (1,7 faiz), Çinə (1,5 faiz), Belçikaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.