Rusiyanın Ukraynaya hücumundan sonra aldığı sanksiya qərarları səbəbindən böyük itkilər yaşayan və fevralın 28-dən ticarətə qapalı olan Moskva Birjası bu gün də ticarətə açılmayacaq.
Teleqraf.com Moskva Birjasının açıqlamasına istinadla xəbər verir ki, bazarlardakı əməliyyatlar mövcud vəziyyət səbəbindən bu gün davam etməyəcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan və Qərb dövlətlərinin elan etdiyi sanksiyalardan sonra fevralın 28-də rus rublunun dollara nisbətdə ucuzlaşması 20 faizi ötüb. Moskva Birjası da fevralın 28-dən ticarətə bağlanıb.
Moskva Birjası fevral ayında bir əvvəlki ayın bağlanışı ilə müqayisədə 35 faiz dəyər itirib.