13 Sentyabr 2022 17:15
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 1 oktyabr 2021-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətininin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər