Ticarət üçün təzə pul kütləsinin çatışmazlığı fonunda yaranmış turbulentlik şəraitində neftin qiyməti cüzi düşüb.
Teleqraf.com xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,31 % ucuzlaşaraq, 1 bareli 87,78 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,37 % düşüb və 1 bareli 81,85 ABŞ dolları təşkil edib.
Analitiklər neft bazarının volatil olduğunu qeyd edir və mümkün kəskin qiymət artımlarının bazarda pul çatışmazlığı ilə bağlı olduğunu vurğulayırlar.