2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 38,4 milyon ton neft və qaz-kondensat hasil edilib. 2013-cü ilin analoji dövründə bu rəqəm 39,5 milyon ton olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 11 ayı üzrə hesabatında deyilir.
2013-cü ildə Azərbaycanda 43,1 milyon ton neft və qaz-kondensat hasil olunmuşdu. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton təşkil edib.
Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birgə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür.
Hesabata əsasən, cari ilin ilk 11 ayında ölkədə əmtəə qazının hasilatı 17 milyard kubmetr olub. 2013-cü ilin müvafiq dövründə bu göstərici 16,2 milyard kubmetr təşkil edib.
2013-cü ildə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub. 2012-ci ildə bu rəqəm 17,24 milyard kubmetr idi.