“ABŞ valyutası dolların hakim olduğu qlobal nizam zəifləməkdədir”.
Teleqraf.com xəbər verir ki, bunu dünyanın ən böyük investisiya idarəçiliyi şirkəti olan “Bridgewater Associates”in qurucusu Rey Dalio deyib.
Sərmayəçi dolların hakim olduğu dünya nizamının zəiflədiyini bildirib: “İndi böyük güclər və onların müttəfiqləri, iqtisadi, pul və hərbi bloklar olacaq. İndiki dünya nizamı müharibədən sonrakı dövrdən çox, İkinci Dünya Müharibəsindən əvvəlki dövrə oxşayır. Biz daha böyük münaqişələrə hazırlaşmaq üçün hər bir ölkənin populizminin və millətçiliyinin artdığını görürük”.
Dalio həmçinin daxili münaqişələri olmayan, müharibəyə daha az həssaslıq göstərən və yenilikləri davam etdirən ölkələrə investisiya yatırmağı məsləhət görür.