17 Mart 2023 18:31
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Türkiyənin 2023-cü il üçün iqtisadi artım proqnozunu 3 faizdən 2,8 faizə endirib.

Teleqraf.com xəbər verir ki, OECD-in hesabatında cari ildə qlobal iqtisadi artım proqnozunu isə 2,2 faizdən 2,6 faizə yüksəldib.

Təşkilat Türkiyədə iqtisadi aktivliyin zəlzələnin verdiyi böyük itkilərlə məhdudlaşacağını gözləyir. Bununla belə, yenidənqurma başlayanda artacaq xərclərlə cari ildə 2,8 faiz illik artım olacaq.

OECD Türkiyə iqtisadiyyatı üçün 2024-cü il üçün artım proqnozunu 3,4 faizdən 3,8 faizə yüksəldib. Gələn il qlobal iqtisadiyyat üçün artım proqnozunu isə 2,7 faizdən 2,9 faizə yüksəldib.

Qlobal iqtisadi mənzərə bir neçə ay əvvəllə müqayisədə yaxşılaşsa da, artan faiz dərəcələri iqtisadi perspektiv üçün riskləri yüksək saxlayır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər