22 Avqust 2023 18:48
2 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 40 ilə yaxındır terror hadisələri səbəbiylə zəngin yeraltı sərvətlərindən istifadə edilməyən Cənub-Şərqi Anadolu bölgəsi son zamanlar neft kəşfləri ilə diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, Şırnak Türkiyənin neft yataqları bazası istiqamətində mühüm rol oynayır.

Belə ki, Cudi və Qabar dağlarında davam edən neft kəşfiyyatı işlərinə Kato dağı və Faraşin yaylası da əlavə edilib.

Artıq Beytüşşebap rayonunda neft emalı zavodunun qurulduğu 20 kilometr uzaqlıqdakı yaylada da qazma işlərinə başlanılıb. 2 min 650 yüksəklikdəki yaylada gecə-gündüz qazma işləri aparan qruplar müjdə vermək üçün işlərini davam etdirir. Neft ehtiyatının Cudi və Qabardan 4-5 dəfə çox olacağı gözlənilir.

II Əbdülhəmidin neft xəritəsi gerçək çıxdı

Osmanlı İmperatorluğunun 34-cü Sultanı II Əbdülhəmidin 1889-1901-ci illər arasında başlatdığı neft kəşfiyyatı zamanı Şırnak bölgəsi də daxil olmaqla 65 neft nöqtəsi xəritəsindəki bu detal diqqət çəkdi. Xəritədə hazırda “Türkiye Petrolleri Anonim Ortaklığı”nın (TPAO) axtardığı bölgələr də yerləşir.

134 il əvvəl 65 neft nöqtəsi müəyyənləşir

Məlumata görə, 1889-cu ildə Aralıq dənizində neft qazının olduğu müəyyən edildikdən sonra II Əbdülhəmid tərəfindən yeni araşdırmalar başladılıb və bu işlərdə xarici və türk mühəndislər iştirak edib.

Bu araşdırmalar nəticəsində də bir xəritə yaradılıb. Xəritədə əksəriyyəti İraq bölgəsinə aid olan 65 nöqtə müəyyən edilib. İraqla birlikdə Türkiyənin sərhədindən başlayaraq Cizrə, Şırnak, Mardin, Diyarbəkir, Bitlis və Hakkari ətrafında neft ehtiyatlarının olduğu bildirilir. TPAO hələ də ölkədə olan bu ehtiyatlar üzərində işləyir.

Cudi-Qabar dağından çıxan məhsul 41API çəkisi və yüksək keyfiyyətli neftdir. Dünyada çıxarılan neftin API çəkisi 27-35 arasındadır.

Hazırda Cudi-Qabar dağında 1 milyard barel ehtiyatı olduğu təsbit edilib. Məlumata görə, gündəlik 100 min barel hasilat planlaşdırılır. Nəzərdə tutulan neft hasil edilsə, Türkiyə təxminən 80 min barel istehlak neftini istehsal edəcək.

Şırnakdakı neftlə istehsal nisbəti 10 faizdən 20-25 faizə yüksələcək. Bunun əlavə dəyərini nəzərə alsaq, ölkə iqtisadiyyatına gündəlik 8 milyon dollar civarında gəlir gələcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər