Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən zəhərlənib.
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.