7 Dekabr 2015 13:02
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində səmərəliliyin artırılması məqsədilə tədbirlər həyata keçirir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində debitor borcları olan sığortaedənlərin səlahiyyətli nümayəndələri ilə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi və aidiyyəti struktur bölmələrinin rəhbər işçilərinin ardıcıl görüşləri keçirilib. Həmin görüşlərdə məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının ödənilməsi tədbirlərinin gücləndirilməsi başlıca müzakirə predmeti olub.

Qeyd edək ki, bu cür tədbirlər Dövlət Sosial Müdafiə Fondu orqanlarının fəaliyyətinin çox vacib istiqaməti olan məcburi dövlət sosial sığortası sahəsində informasiya-maarifləndirmə işləri çərçivəsində davamlı olaraq reallaşdırılır. Sosial sığortanın praktiki məsələləri sığortaedənlərin nümayəndələrinin, həm də bilavasitə sığortaolunanların iştirakı ilə bütün bölgələrdə keçirilən «Açıq qapı günləri»-vətəndaş forumlarında da geniş müzakirə olunur.

Naibə


Müəllif: