Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 17-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin ''Gəncə Körpü Tikinti-2'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işləri aparılan müddətdə Göy-Göl rayonunun Qırxılı, Cümşüdlü və Balçılı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.