Teleqraf.com yeni layihəyə laşlayır
Layihənin adı “Böyükçölün ədəbi testləri”dir.
Layihənin hər nömrəsində çağdaş ədəbi proses, müasir şair və yazıçıların həyat və yaradıcılığı, eləcə də əsərləri barədə oxuculara bir neçə sual veriləcək.
Suallar test üsulu ilə olacaq.
Layihənin növbəti hissəsində əvvəlki sualların cavabı açıqlanacaq.
Beləliklə, oxucular çağdaş ədəbi proses, yeni yaranan əsərlər və müasir qələm adamları haqqında bilgilərini sınamış olacaqlar.
Layihənin ilk nömrəsini təqdim edirik.
1. Cavanşir Yusifli bir tənqidçi kimi necə öldü?
A) Ağlamaqdan
B) Gülməkdən
C) Paxıllıqdan
D) İstedadsızlıqdan
E) Yazmaqdan
2. Tehran Əlişanoğlu məqalələrini hansı dildə yazır?
A) Azərbaycan
B) Talış
C) Moltanı
D) Fars
E) Tehran dilində
3. Nə yazdımsa, dedilər,
Hamısı tərcümədir.
Nə deyirlər, desinlər,
Mənim nə vecimədir.
Bu şeir hansı şairin dilindən səslənsə, daha məntiqəuyğun olar?
A) Səlim Babullaoğlunun
B) Ramiz Rövşənin
C) Qəşəm Nəcəfzadənin
D) Salam Sarvanın
E) Vaqif Bayatlı Odərin
4. Bu yazıçılardan hansı öz doğma dilini qoyub romanını "yad dildə" yazır?
A) Seymur Baycan
B) Pərviz Cəbrayıl
C) Cəlil Cavanşir
D) Əli Əkbər
E) Qan Turalı
5. Tehran Əlişanoğlu Qan Turalını niyə tərifləyir?
A) Qorxusundan
B) Sayt təhbəri olduğu üçün
C) Kitabı doğrudan da xoşuna gəlib
D) Postmodernist olduğu üçün
E) Ondan müsahibə aldığına görə
6. Vaqif Yusiflinin vaqif olmadığı, amma haqqında gecə-gündüz danışdığı böyük Azərbaycan şairi kimdir?
A) Hüseyn Arif
B) Məhəmməd Füzuli
C) Fikrət Qoca
D) Falçı Məlahət
E) Fikrət Sadıq
7. Əsəd Cahangirin əsas peşəsi nədir?
A) Tənqidçidir.
B) Şairdir.
C) Bəstəkardır.
D) Tamadadır.
E) Aparıcıdır.
8. Bu cavan şairlərdən biri məqaləsində özünü sivil cəmiyyətdə hiss elədiyini yazır və həmin yazıdan cəmi bir neçə gün sonra Xalq yazıçısı Anarı təriflədiyi üçün Tərcümə Mərkəzindəki işindən uzaqlaşdırılır. Söhbət kimdən gedir?
A) İkinci Qismətən
B) Üçüncü Mahmudan
C) Fərid Hüseyndən
D) Elşad Ərşadoğlundan
E) Cavid Zeynallıdan
Kəramət Böyükçöl