27 Fevral 2017 02:01
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kolleksiya" 11

Öncəki yazı

“Kolleksiya” layihəsində növbəti materialımız Azərbaycan ədəbiyyatı tarixi ilə bağlıdır.

Arxivimizdə olan fotonun arxasında 28.10.1953-cü il tarixi qeyd olunub.

Həmin tarixdə Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü keçirilirdi.

Tarixi fotolar üzrə mütəxəssis, professor Ədalət Tahirzadədən aldığımız bilgiyə görə, fotodakı şəxslər bunlardır:

Soldan: 1) Səməd Vurğun (heyətin başçısı), 2) skripkaçı Azad Əliyev, 3) Rauf Atakişiyev, 4) Firəngiz Əhmədova, 5) Əziz Şərif, 6) Süleyman Rəhimov, 7) Süleyman Rüstəm, 8) pianoçu Çingiz Sadıqov, 9) Nəbi Babayev (Xəzri).

Teleqraf.com nadir fotonu təqdim edir:

Dilqəm ƏHMƏD


Müəllif: